Ekranda görməyə alışdığımız məşhur simalar tam fərqli ampluada tamaşaçı qarşısına çıxmağa hazırlaşır. Uzun müddətdir efirdən uzaq qalan aparıcıların yeni addımı hamı üçün gözlənilməz olub.
Demokrat.az xəbər verir ki, tanınmış teleaparıcılar Xoşqədəm Hidayətqızı və Elgiz Əkbər ARB telekanalında yeni layihəyə start verirlər.
Bir müddət əvvəl "Səni axtarıram" və "Elgizlə izlə" proqramları bağlansa da, hər iki şəxs telekanalla əməkdaşlığı kəsməyib. Onlar hazırda yeni verilişin hazırlıq prosesi ilə məşğuldurlar. Lakin bu dəfə tamaşaçılar onları aparıcı kürsüsündə görməyəcəklər. Məlumata görə, tanınmış simalar pərdəarxası fəaliyyətə üstünlük veriblər. Yeni layihədə onlardan biri rəhbər, digəri isə rejissor vəzifəsini icra edəcək. Proqramın mövzusu və efirdə kimin görünəcəyi hələlik gizli saxlanılır.
Yəni, Xoşqədəm Hidayətqızı və Elgiz Əkbər artıq veriliş aparmayacaq, sadəcə yeni bir layihənin hazırlanmasına rəhbərlik edəcəklər.(konteks.az)
Demokrat.az


