Dünya

Tramp: "Tehran Vaşinqton üçün yeni təklif hazırlayır"

Tramp: Tehran Vaşinqton üçün yeni təklif hazırlayır

"ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonun irəli sürdüyü şərtlərə cavab olaraq alternativ təşəbbüslə çıxış etməyə hazırlaşdığını bəyan edib.

Demokrat.az xəbər ver'Reuters' agentliyinə verdiyi eksklüziv müsahibədə dövlət başçısı Tehranın diplomatik həll variantı üzərində işlədiyini vurğulayıb:

'Onlar hazırda öz təkliflərini formalaşdırırlar. Biz bu sənədi aldıqdan sonra nəticələrə uyğun addım atacağıq', — deyə Tramp qeyd edib.

Prezident təklifin detalları barədə məlumat verməsə də, Ağ Evin gərginliyi azaltmaq üçün diplomatik dialoqa sadiq olduğunu bir daha diqqətə çatdırıb."

Demokrat.az

NE
Nihadə Eyyubova