Dünya Özəl

Kim yerini desə 10 min dollar verəcəklər

Kim yerini desə 10 min dollar verəcəklər

ABŞ ona qarşı hücumlar təşkil edən qruplaşmanın rəhbərini yaxalamaq üçün böyük məbləğdə pul mükafatı elan edərək onu axtarışa verib.

Demokrat.az xəbər verir ki, ABŞ Dövlət Departamenti "Kətaib Seyyid əl-Şuhada" qruplaşmasının lideri Haşim Fənian Rəhim əl-Saraci barəsində məlumat verən şəxsə 10 milyon dollar mükafat təyin edib. "Əbu Ala əl-Vəlai" ləqəbi ilə tanınan bu şəxs rəhbərlik etdiyi qüvvələrlə birbaşa Amerika əsgərlərini hədəf almaqda ittiham olunur.

Sözügedən qruplaşma əslində 2014-cü ildə Mosulun süqutundan sonra İŞİD terroruna qarşı mübarizə aparmaq və könüllüləri bir araya gətirmək məqsədilə yaradılmışdı. Lakin zaman keçdikcə "Kətaib Seyyid əl-Şuhada" bölgədəki ABŞ qüvvələrinə qarşı aktiv hərbi əməliyyatların əsas iştirakçılarından birinə çevrilib. İndi isə Amerika tərəfi bu hücumların arxasındakı əsas fiquru tapmaq üçün milyonlarla dollar xərcləməyə hazırdır.

Jalə Demokrat.az

NE
Nihadə Eyyubova