Şou-biznes

Hüseyn Həsənovun toy xəbəri yalan çıxdı

Hüseyn Həsənovun toy xəbəri yalan çıxdı

Rusiyada məşhurlaşan azərbaycanlı bloger Hüseyn Həsənovun son paylaşımı sosial şəbəkələrdə böyük narazılıq yaradıb. O, özünü evlənmiş kimi təqdim edərək izləyicilərini çaşdırıb.

Demokrat.az xəbər verir ki, buna səbəb blogerin ağ geyimdə olan bir xanımla görüntülərini paylaşması olub. Dostları da ona qoşularaq sosial şəbəkələrdə “təbrik” mesajları yayımlayıblar. Lakin qısa müddət sonra məlum olub ki, görüntülər Hüseynin öz toyundan deyil, dostunun şadlıq mərasimindən çəkilib.

İzləyicilər blogerin bu hərəkətini gündəmdə qalmaq üçün atılmış süni addım kimi qiymətləndirərək onu kəskin tənqid ediblər. Rəylərdə çoxu onun diqqət çəkmək üçün yalan məlumata əl atdığını qeyd edib.

Bildirilib ki, Rusiyada külli miqdarda vergi borcu olan və barəsində qiyabi həbs qərarı çıxarılan bloger bir müddətdir Bakıda məskunlaşıb.

Demokrat.az

NE
Nihadə Eyyubova