Dünya

“Hələ bununla bağlı qərar verməmişəm” — Tramp

“Hələ bununla bağlı qərar verməmişəm” — Tramp

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma əldə olunarsa, Pakistanın paytaxtı İslamabada gedib-getməyəcəyi ilə bağlı danışıb.

“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə “Reuters” agentliyinə açıqlamasında bildirib.

“Mən hələ İslamabada səfərimlə bağlı qərar verməmişəm”, - deyə Tramp cavab verib.

ABŞ lideri həmçinin əlavə edib ki, o, Pakistana səfərini istisna etməyib və “bəlkə də” oraya səfər edəcəyini vurğulayıb.

Demokrat.az

NE
Nihadə Eyyubova