Region

Ayrılsa da, Paşinyana səs verəcək

Ayrılsa da, Paşinyana səs verəcək

Ermənistanın Baş naziri Nikol Paşinyanla yollarını ayıran Anna Akopyan qarşıdan gələn parlament seçkilərində keçmiş həyat yoldaşını dəstəkləmək qərarına gəlib. "İravunk" qəzetinin Akopyanın yaxın çevrəsinə istinadən yaydığı məlumat bu addımın siyasi dairələrdə maraqla qarşılandığını göstərir.

Mənbələr bildirir ki, Akopyan yaxın ətrafı ilə söhbətində Paşinyanın yenidən hökumət başçısı postuna seçilməsinin tərəfdarı olduğunu gizlətməyib. O, ətrafındakı şəxslərə də seçkidə eyni mövqedən çıxış etməyi məsləhət görüb. Akopyan şəxsi münasibətlərin siyasi seçimlərə təsir etməməli olduğunu vurğulayaraq fikrini belə əsaslandırıb.

“Qoy bizim münasibətlərimiz sizin Baş nazirə olan münasibətlərinizə təsir etməsin. Mən özüm də vətəndaşlıq borcumu yerinə yetirəcəyəm və hazırkı Baş nazirə səs verəcəyəm”

Qeyd edək ki, uzun illər vətəndaş nikahında olan cütlüyün ayrılması xəbəri fevralın sonunda yayılmışdı. Yerli mətbuat bu ayrılığın səbəbi kimi tərəflər arasında uzun müddətdir davam edən gərginliyi göstərmişdi.

Məlumat üçün bildirək ki,Ermənistanda növbəti parlament seçkiləri iyunun 7-nə təyin edilib.

Demokrat.az

NE
Nihadə Eyyubova