Sənaye və energetika

Neftimizin qiyməti 118 dollara düşdü

Neftimizin qiyməti 118 dollara düşdü

Dünya bazarında Azərbaycan nefti ucuzlaşıb.

Demokrat.azxəbər verir ki, “Azeri Light” markalı neftimizin 1 barelinin qiyməti 7,27 ABŞ dolları və ya 5,77 % azalaraq 118,56 ABŞ dolları təşkil edib.

Qeyd edək ki, neftimiz ötən gün 125,83 ABŞ dollarına ticarət edilib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light”ın 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Demokrat.az

D
demokrat.az