İqtisadiyyat

Trampın atəşkəs qərarından sonra qızıl və gümüş bahalaşdı

Trampın atəşkəs qərarından sonra qızıl və gümüş bahalaşdı

ABŞ lideri Donald Trampın İranla ikihəftəlik atəşkəs qərarı verməsi qlobal bazarlara təsirsiz ötüşməyib. Belə ki, Nyu-York Ticarət Birjası (NYMEX) və onun alt bölməsi olan "Comex" platformasında qızıl, gümüş, platin və palladium kimi qiymətli metalların füçers dəyərində təqribən 7 faizlik bahalaşma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, bu göstəricilər beynəlxalq ticarət platformalarının açıqladığı son rəqəmlərdə öz əksini tapıb.

Bakı vaxtı ilə saat 09:20-də qeydə alınan nəticələrə əsasən, 2026-cı ilin iyun ayına planlaşdırılan NYMEX çatdırılmaları üzrə palladium füçerslərinin bir Trua unsiyasının dəyəri 1 543 ABŞ dolları (+5.93%) olub. Həmçinin 2026-cı ilin iyul ayı üçün nəzərdə tutulan platin füçersləri 4.76 faiz bahalaşaraq Trua unsiyası üzrə 2040.7 dollara yüksəlib.

* Vaşinqton Tehranın bütün tələblərini qəbul edib? - İrandan sensasion açıqlama

Bununla yanaşı, "Comex" birjasında 2026-cı ilin iyun ayında çatdırılması nəzərdə tutulan qızılın Trua unsiyasının qiyməti 4838.5 dollar (+3.28%) olaraq müəyyənləşib. 2026-cı ilin may ayına olan gümüş füçersləri isə Trua unsiyası üçün 76.84 dollar (+6.74%) həddində ticarət edilib.

Demokrat.az

D
demokrat.az