“Qala Sığorta” ASC vətəndaşları sığorta ilə bağlı formalaşmış yanlış təsəvvürlərdən uzaq durmağa və düzgün seçim etməyə çağırır.
Şirkətdən Demokrat.az-a verilən məlumata görə, sığorta düzgün məhsul seçildiyi halda, gözlənilməz xərclərdən qoruyan ən effektiv maliyyə alətlərindən biridir.
Bildirilir ki, bir çox hallarda sığorta barədə yaranan miflər insanların bu xidmətdən yararlanmasına mane olur. Halbuki, düzgün yanaşma ilə sığorta həm risklərin öncədən idarə olunmasına, həm də şəxsi və ailə büdcəsinin qorunmasına imkan yaradır.
Müştərilər ehtiyaclarına uyğun sığorta məhsulu seçərək, gələcəkdə baş verə biləcək maliyyə itkilərinin qarşısını ala bilərlər.
Şirkət vətəndaşlara riskləri əvvəlcədən qiymətləndirməyi və etibarlı sığorta həllərindən istifadə etməyi tövsiyə edir.
Müştərilər daha ətraflı məlumat almaq istəyənlər *4000 nömrəsi ilə əlaqə saxlaya və ya şirkətin Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 14, məhəllə 221 ünvanında yerləşən ofisinə müraciət edə bilərlər.
Demokrat.az


