Sosial

Ədliyyə orqanlarına qulluğa qəbul üzrə test imtahanı keçiriləcək

Ədliyyə orqanlarına qulluğa qəbul üzrə test imtahanı keçiriləcək

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı elan olunmuş növbəti müsabiqə üzrə ərizə qəbulu yekunlaşıb. Bununla əlaqədar, müsabiqədə iştirak edən namizədlərlə test imtahanı may ayının 7-də keçiriləcək.

Bu barədə Demokrat.az-a Ədliyyə Nazirliyindən bildirilib.

Dövlət İmtahan MərkəzininBakı şəhəri Binəqədi rayonu, S.S.Axundov küçəsi 50ünvanındayerləşən elektron imtahanlar korpusunda kompüter vasitəsilə keçiriləcək imtahan saat 16:00-da başlanacaq.

Test imtahanı DİM tərəfindən ödənişli əsaslarla keçirilir. Bununla əlaqədar hər bir namizəd imtahana buraxılış vərəqəsiniDİM-inrəsmi saytındaqeydiyyatdan keçməklə və müvafiq vəsaiti ödəməklə əldə etməlidir.

Müsabiqənin keçirilməsi ilə bağlı zəruri metodiki vəsaitlərlə namizədlər Nazirliyin rəsmi saytında"Ədliyyə orqanlarında qulluğa qəbul"bölməsində tanış ola bilərlər.

İmtahanda namizədlərə 80 sual qanunvericilik və 20 sual məntiqi təfəkkür üzrə olmaqla, ümumilikdə 100 sual təqdim ediləcək. Qanunvericilik üzrə hər sual 1 balla, məntiqi təfəkkür üzrə hər sual 0.5 balla qiymətləndiriləcək. Test imtahanından keçid balı 55-dir. Qanunvericilik üzrə sualların hazırlanmasında istifadə olunan normativ hüquqi aktlarla namizədlərlinkədaxil olaraq tanış ola bilərlər.

Qaydalara əsasən test imtahanından uğur qazanmış və təqdim etdiyi sənədlərə görə “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlər müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılacaqlar.

Əlavə məlumatlarıNazirliyin rəsmi saytından, eləcə də (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.

D
demokrat.az