Sosial

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə qaz olmayacaq

Paytaxtın Binəqədi rayonunun bəzi hissəsində qaz təchizatında fasilələr olacaq.

Demokrat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.

"Aparılacaq təmir-quraşdırılma işləri ilə əlaqədar 8 aprel saat 10:00-dan etibarən Binəqədi rayonunun Sulutəpə və Xocəsən qəsəbələrinin qaz təchizatı müvəqqəti məhdudlaşdırılacaq", - məlumatda qeyd edilib.

Demokrat.az

NE
Nihadə Eyyubova