Cəmiyyət Özəl

Maaşlarla bağlı şad xəbər

Maaşlarla bağlı şad xəbər

Dövlət büdcəsinin gəlir proqnozunu aşması halları müşahidə olunur ki, bu da həm iqtisadi, həm də sosial sahələrə birbaşa təsir göstərə bilər. Əsas sual isə ondan ibarətdir ki, büdcə gəlirlərinin artması sadə vətəndaşın gündəlik həyatına necə əks olunur və bu artımın iqtisadiyyata ümumi təsirləri hansı sahələrdə daha qabarıq hiss olunur.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, ilk növbədə qeyd etmək lazımdır ki, cari ilin dövlət büdcəsində neftin bir barrelinin qiyməti 65 dollar səviyyəsində nəzərdə tutulub.

Maaşlarla bağlı şad xəbər

"Hazırda isə dünya birjalarında neftin qiyməti bu proqnozdan iki dəfədən çox yüksəkdir. Bu isə həm neft fondunun gəlirlərinə, həm də neft satışından əldə edilən büdcə gəlirlərinə əlavə artım gətirir. Bu artımın yaxın aylarda Azərbaycanda minimum əməkhaqqının və minimum pensiya həddinin artırılması ilə nəticələnməsi ehtimalı yüksəkdir. Proqnozlardan yüksək gəlirlər büdcədə sosial xərclərin artırılmasına imkan yaradır, eyni zamanda iri investisiya layihələrinin icrasına da şərait yaradır".

Onun sözlərinə görə, bundan başqa, bir neçə ay əvvəl Azərbaycanda minimum əməkhaqqının ildə ən azı iki dəfədən az olmayaraq yenidən baxılması haqqında qanun qəbul edilib.

"Bu, hökumətə Milli Məclisə minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər irəli sürmək imkanı verir. Beləliklə, büdcədəki artımlar fonunda həm minimum əməkhaqqının, həm də minimum pensiyanın artırılması proqnozlaşdırıla bilər. Gəlirlərin proqnozlardan yüksək olması həm də iqtisadi aktivliyin artmasına səbəb olur. Ölkəyə nəzərdə tutulandan çox valyutanın daxil olması iqtisadi dövriyyəni canlandırır və iri investisiya layihələrinin icrasına imkan yaradır. Bu isə həm əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə, həm də gəlirlərinin artmasına səbəb olan əsas amillərdəndir".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova