Şou-biznes

Müğənni 41 yaşında ilk dəfə ana oldu — FOTO

Müğənni 41 yaşında ilk dəfə ana oldu — FOTO

Ukraynanın tanınmış ifaçısı, "Pur:Pur" qrupunun siması Nata Smirina 41 yaşında analıq sevincini dadıb. "Eurovision-2016" seçim turlarının iştirakçısı olan müğənni ilk övladının dünyaya gəlişini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Müğənninin qızı dünyaya gəlib və körpəyə Liya adı qoyulub. Xəstəxanadan ilk görüntülərini paylaşan sənətçi hər şeyin yolunda olduğunu bildirib.

"Hələlik ana olmağı öyrənirəm, ətraflı sonra danışacağam" deyən ifaçı, bu anı səbirsizliklə gözlədiyini qeyd edib.

Xatırladaq ki, Nata Smirinanın rəhbərlik etdiyi "Pur:Pur" kollektivi 2008-ci ildə Xarkovda fəaliyyətə başlayıb və bir neçə beynəlxalq musiqi festivallarında uğurla çıxış edib. Qrup 2016-cı ildə ölkə daxili seçim turunda yarımfinala qədər irəliləsə də, həmin il müsabiqədə Ukraynanı Camala təmsil etmişdi.

Müğənni 41 yaşında ilk dəfə ana oldu — FOTO

Müğənni 41 yaşında ilk dəfə ana oldu — FOTO
Demokrat.az

NE
Nihadə Eyyubova