Yatmazdan əvvəl televizor izləmək əvəzinə kitab oxumaq beyin fəaliyyətini gücləndirir, stresi azaldır və yuxu keyfiyyətini artırır. Elmi araşdırmalar göstərir ki, gecə vərdişləri uzunmüddətli dövrdə beyin quruluşuna birbaşa təsir edir.
Demokrat.azxəbər verir ki, kitab oxuyan şəxslərin beyin aktivliyi ekran qarşısında vaxt keçirənlərə nisbətən daha yüksək və təsirli olur.
Emori Universitetində aparılan neyrobioloji tədqiqat müntəzəm mütaliənin beyində ölçülə bilən dəyişikliklər yaratdığını üzə çıxarıb. Məlum olub ki, kitab oxuyarkən beyin dil təhlili, xəyal qurma və yaddaşdan istifadə kimi bir neçə prosesi eyni vaxtda icra edir. Ekran qarşısında isə məzmun hazır təqdim olunduğu üçün beyin daha az səy göstərir. Tədqiqatçılar bunu "kölgə aktivliyi" adlandırır, yəni kitab bağlandıqdan sonra belə beyin hekayəni emal etməyə davam edir.
Həmçinin oxu: Kilosu 15 manata satılır: Ürəyi gücləndirir, xərçəng riskini azaldır Nə mal, nə qoyun: Ən sağlam ət növü budur Xərçəngdən qoruyan sadə içki: Çay əvəzinə çox adam onu seçir
Mavi işıq yayan ekranlar melatonin istehsalını ləngidərək yuxuya getmə müddətini uzatdığı halda, kitab oxumaq ürək döyüntüsünü yavaşladır və əzələ gərginliyini azaldır. Sasseks Universitetinin araşdırmasına görə, cəmi 6 dəqiqə kitab oxumaq stres səviyyəsini 68 faiz azalda bilir. Bu təsir musiqi dinləmək və ya gəzintiyə çıxmaqdan daha yüksək nəticə göstərib. Uzun müddətli ekran istifadəsi isə diqqət və idrak funksiyalarının zəifləməsinə səbəb ola bilər.
İsmayıl Demokrat.az


