Şou-biznes Özəl

25 yaşlı aktrisaya beyin xərçəngi diaqnozu qoyuldu

25 yaşlı aktrisaya beyin xərçəngi diaqnozu qoyuldu

"Riverdeyl" serialı ilə tanınan 25 yaşlı aktrisa Alea O'Şi ağır xəstəliyə yaxalandığını açıqlayıb. Aktrisa öz sosial media hesabında beyin xərçəngindən əziyyət çəkdiyini bildirib.

Demokrat.az xəbər verir ki, Alea O'Şi ötən ilin noyabr ayından bəri xəstəliklə mübarizə aparır.

Müalicə xərclərinin bir hissəsi tibbi sığorta tərəfindən qarşılanmadığı üçün o, pərəstişkarlarından yardım istəmək məcburiyyətində qalıb. Aktrisanın ailəsinin bütün xərcləri ödəməyə maddi imkanı çatmadığı qeyd olunur. Yaxınlarının verdiyi məlumata görə, gənc ifaçı yaxın vaxtlarda növbəti dəfə əməliyyat olunmalıdır.

25 yaşlı aktrisaya beyin xərçəngi diaqnozu qoyuldu

Qeyd edək ki, Alea O'Şi "Görünməz", "Sissi", "Baronlar" və "Kunq-fu" kimi bir çox məşhur layihələrdə müxtəlif rollar ifa edib.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova