Mədəniyyət Özəl

Azərbaycan filmləri Niderlandda nümayiş olunacaq — Sahil Qasımovdan mühüm görüş (FOTO)

Azərbaycan filmləri Niderlandda nümayiş olunacaq — Sahil Qasımovdan mühüm görüş (FOTO)

Avro-Atlantik coğrafiyasında fəaliyyət göstərən EAPCA-nın baş katibi Sahil Qasımov Niderland Krallığında keçiriləcək “Red Tulip” XI Avrasiya Beynəlxalq Film Festivalında Azərbaycan filmlərinin nümayiş etdirilməsi üçün festival təşkilatçıları ilə görüş keçirib.

Bu barədə Demokrat.az-a Avro-Atlantik Azərbaycanlılar Tərəfdaşlıq Şurasının (EAPCA) baş katibi Sahil Qasımov özü məlumat verib.

S. Qasımov beynəlxalq festivalın təşkilat komitəsinin rəhbəri M. Alkanların başçılıq etdiyi heyətlə birlikdə Azərbaycanın Haaqadakı səfirliyində səfir Məmməd Əhmədzadə ilə görüşüb və Azərbaycan filmlərinin festivalda nümayiş etdirilməsi imkanlarını müzakirə edib.

29 may – 7 iyun 2026-cı il tarixləri arasında baş tutacaq “Qırmızı Lalə” Beynəlxalq Film Festivalının Niderlandın Amsterdam, Utrext, Eyndhoven və digər şəhərlərində həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, əvvəllər Azərbaycan rejissoru Şamil Əliyevin çəkdiyi “Çölçü” filmi Amsterdamda, “Red Tulip” Beynəlxalq Film Festivalında nümayiş etdirilib.

Azərbaycan filmləri Niderlandda nümayiş olunacaq — Sahil Qasımovdan mühüm görüş (FOTO)

Azərbaycan filmləri Niderlandda nümayiş olunacaq — Sahil Qasımovdan mühüm görüş (FOTO)

Demokrat.az

NE
Nihadə Eyyubova