Azad Azərbaycan" (ATV) telekanalında yayımı dayandırılan iki verilişin adı məlum olub.
Demokrat.az Oxu.Az-a istinadən bildirir ki, "Bizimləsən" və "Rəngarəng" proqramları efirdən çıxarılıb.
Kanalın mətbuat xidmətindənOxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məlumat doğrudur: "Qərar kanal rəhbərliyi tərəfindən qəbul edilib".
Eyni zamanda,Oxu.Az-ın özəl mənbələrdən əldə etdiyi digər məlumata görə, ARB kanalında da ciddi efir dəyişikliklərinin olacağı gözlənilir. Hansı verilişlərin yayımının dayandırılacağı isə dəqiqləşdirilir.
Demokrat.az


