98-ci "Oskar" mükafatlandırma mərasimi təkcə qalibləri ilə deyil, həm də gecənin sonunda yaranan xoşagəlməz mənzərə ilə yadda qalıb. Hollivud ulduzlarının iştirak etdiyi Dolby Teatrının zalı mərasim bitdikdən sonra zibilxanaya çevrilib.
Demokrat.az-ın məlumatına görə sosial mediada paylaşılan fotolarda oturacaqların arasına atılmış boş su şüşələri, popkorn paketləri və müxtəlif tullantılar aydın görünür. "Next Best Picture" nəşrinin baş redaktoru Matt Neqlia tərəfindən yayılan bu görüntülər qısa zamanda kəskin etirazlara səbəb olub. İzləyicilər qırmızı xalçada ətraf mühitin qorunmasından danışan məşhurların real həyatda bu cür davranmasını tənqid ediblər.

İsmayıl Demokrat.az


