Azərbaycanda müqəddəs Ramazan ayının mühüm mərhələlərindən sayılan Qədr gecələrindən növbəti birinin bu gecəyə təsadüf etdiyi bildirilir. İslam təqviminə görə martın 16-dan 17-nə keçən bu gecə ramazan ayının 26-dan 27-nə olan vaxtı əhatə edir.
Demokrat.az-ın məlumatına görə İslam inancında Qədr gecəsi Allahın kəlamı olan Quranın nazil olmağa başladığı zaman hesab olunur. Mənbələrdə qeyd edilir ki, Qurani-Kərimin İslam peyğəmbərinə göndərilməsi 23 illik müddətdə tamamlanıb.
Ölkəmizdə Ramazan ayı fevralın 19-da başlayıb. Mövcud təqvimə əsasən Şəvval ayının ilk günü, yəni martın 20-də Ramazan bayramı qeyd ediləcək.
Demokrat.az


