Gündəm

Ziya Quliyevin də namizədliyi qeydə alındı

Ziya Quliyevin də namizədliyi qeydə alındı

Vətəndaş İştirakçılığı üzrə Dünya Alyansının (CIVICUS) İdarə Heyətinin üzvü, tanınmış vətəndaş cəmiyyəti nümayəndəsi olan Ziya Quliyevin namizədliyi bugün 30 Saylı Suraxanı birinci seçki dairəsi DSK-sı tərəfindən qeydə alınıb.

Qeyd edək ki, Ziya Quliyev 8 Mart 1982-ci ildə Füzuli rayonunda anadan olub. 1993-cü ilin 23 Avqustuna qədər həmin rayonda təhsil alıb, Füzuli rayonu işğala məruz qaldıqdan sonra təhsilini Bakı şəhəri, Nəsimi rayonu 111 saylı orta məktəbdə başa vurub.

2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsində bakalavr təhsilini bitirib, 2014-2015-ci illərdə Böyük Britaniyanın Essex Universitetində Beynəlxalq İnsan Haqları Hüququ ixtisası üzrə magistr dərəcəsi alıb.

O, 2016-18-cil illərdə Avropa İttifaqı Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə milli əlaqələndiricisi, 2018-ci ildən isə CİVİCUS: Vətəndaş İştirakçılığı üzrə Dünya Alyansının İdarə Heyətinin üzvüdür.

D
demokrat.az