Dünya

İrandan Türkiyəyə üçüncü raket atıldı — YENİLƏNİB

İrandan Türkiyəyə üçüncü raket atıldı — YENİLƏNİB

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib.

Demokrat.az xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hazırda düşən raketin qalıqlarına dair heç bir məlumat yoxdur:

“Sosial mediada yayılan görüntülər raketin vurulma anını deyil, qalıqların atmosferə daxil olarkən yanmasını əks etdirir”, - deyə bildirilib.

*** 09:20

Türkiyənin Adana və Batman şəhərlərində gecəyarısı səmada naməlum obyekt görünüb.

Demokrat.az xəbər verir ki, şəhərlərdə həyəcan siqnalı verilib, bu, qısa zamanda insanlar arasında çaxnaşmaya səbəb olub.

İddialara görə, Adanadakı İncirlik Hərbi Hava Bazasında və Batman Hava Limanı ətrafında həyəcan siqnalı verilib.

Bəzi sosial media istifadəçiləri səmada hərəkət edən və sonradan məhv edilən bir obyektin görüntülərini paylaşıblar. Paylaşımlarda obyektin İran tərəfindən atılan raket ola biləcəyi irəli sürülüb. Lakin bu iddialar hələ rəsmi olaraq təsdiqlənməyib. (Unikal)

Demmokrat.az

NE
Nihadə Eyyubova