Paytaxtın Xətai rayonu Yusif Səfərov küçəsində avtobus zolağında hərəkət edən “Ferrari” saxlanılıb.
Demokrat.az xəbər verir ki, bu barədə Bakı Şəhər DYP İdarəsi məlumat yayıb.
Bildirilib ki, şosial şəbəkələrdə paylaşılan və paytaxt ərazisində avtobus zolağında hərəkət edən “Ferrari” markalı avtomobillə bağlı görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb.
Xəbəri rus dilində oxuyun: Резонансное Ferrari отправили на штрафстоянку в Баку
Bakı şəhər DYPİ-nin ictimai əlaqələr bölməsindən bildirilib ki, aparılan araşdırmalar nəticəsində həmin nəqliyyat vasitəsi saxlanılaraq duracağa yerləşdirilib.
Araşdırmalarla müəyyən olunub ki, görüntülər ötən il çəkilib.
Sürücü barəsində qanunvericiliyə uyğun olaraq müvafiq məsuliyyət tədbirləri görülüb.
*** 12.03.2026 11:25
Bakıda lüks avtomobil sürücüsünün yol hərəkəti qaydalarını pozması diqqət çəkib.
Demokrat.az bildirir ki,bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.
Paytaxtın mərkəzi küçələrindən birində "Ferrari" markalı avtomobilin avtobus zolağı ilə hərəkət etdiyi qeydə alınıb. Belə ki, yalnız ictimai nəqliyyat üçün nəzərdə tutulmuş zolaqdan istifadə edən sürücü yol hərəkəti qaydalarını kobud şəkildə pozub.
Demokrat.az


