Dünya

Bu insanlarla ünsiyyət bioloji qocalmanı sürətləndirir

Bu insanlarla ünsiyyət bioloji qocalmanı sürətləndirir

ABŞ alimlərinin apardığı araşdırmaya görə, toksik insanlarla ünsiyyət bioloji qocalmanı təxminən 1,5 faiz sürətləndirə bilər.

Demokrat.az Axşam.az-a istinadən xəbər verir ki, tədqiqatın nəticələri nüfuzlu elmi jurnal olan "Proceedings of the National Academy of Sciences" (PNAS) portalında dərc olunub.

Araşdırma çərçivəsində alimlər 2300-dən çox insanınfizioloji göstəricilərini və həyat tərzini təhlil ediblər. Tədqiqat iştirakçıları fiziki və psixoloji sağlamlıqları barədə məlumat verib, həmçinin DNT nümunələritəqdim ediblər.

Nəticələr göstərib ki, ətrafında xoşagəlməz və ya düşmən münasibətli insanlar olan iştirakçıların bioloji yaşıyaşıdları ilə müqayisədə daha yüksəkdir. Maraqlıdır ki, ən pis nəticələr toksik kimi dostlarını və ya qohumlarınıgöstərən şəxslərdə qeydə alınıb. Tərəfdaşlarını (həyat yoldaşı və ya sevgili) toksik hesab edənlərdə isə bu təsir nisbətən zəif olub.

Tədqiqat müəllifləri bunu belə izah edirlər: Nikah və sabit münasibətlərtoksik ünsiyyətin bəzi mənfi təsirlərini yumşalda bilər. Məsələn, münasibətdə olan insanlar təkliyi daha az hiss edir və bu da psixoloji stressi qismən azaldır.

Bununla belə, alimlər vurğulayırlar ki, toksik sosial mühit istənilən halda sağlamlığa mənfi təsir göstərir. Daimi stress orqanizmdə qocalma prosesini sürətləndirə bilər.

Araşdırmaya qatılanların təxminən üçdə birihəyatlarında ən azı bir problemli və ya toksik insanın olduğunu bildirib. Respondentlərin 10 faizi isə ətraflarında iki və ya daha çox belə şəxsin olduğunu qeyd edib.

Demokrat.az

NE
Nihadə Eyyubova