Azərbaycanda mart ayı üzrə pensiyaların verilməsi prosesi vaxtından əvvəl başa çatdırılır. Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, qarşıdan gələn bayram günləri ilə əlaqədar olaraq martın 11-də respublika üzrə bütün pensiya ödənişlərinin tam yekunlaşdırılması planlaşdırılır.
Demokrat.az-ın məlumatına görə sabahkı ödəniş qrafikinə həm ümumi əsaslarla, həm də güzəştli şərtlərlə pensiya hüququna malik olan bütün şəxslər daxildir. Beləliklə, vətəndaşlar öz vəsaitlərini sabahdan etibarən bank kartları vasitəsilə müvafiq bankomatlardan əldə edə biləcəklər.
Demokrat.az


