Dünya

İsrail İranın mərkəzindəki hədəflərə qarşı yeni zərbələrə başlayıb

İsrail İranın mərkəzindəki hədəflərə qarşı yeni zərbələrə başlayıb

İsrailin Müdafiə Ordusu İranın mərkəzindəki infrastruktur obyektlərinə yeni hücumlara başlayıb.

Demokrat.az-ın məlumatına görə, bu barədə ordunun mətbuat xidməti xəbər verib.

"İsrail Ordusu İranın mərkəzindəki infrastruktura qarşı əlavə hücum dalğasına başlayıb", - bəyanatda deyilir.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsraildəki obyektlərə hücum edərək, genişmiqyaslı cavab əməliyyatı başladığını açıqlayıb. Həmçinin ABŞ-nin Bəhreyn, İordaniya, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı obyektləri də zərbələrə məruz qalıb. (Report)

Demokrat.az

NE
Nihadə Eyyubova