Ermənistanın Baş naziri Nikol Paşinyan qadınları 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə fərqli şəkildə təbrik edib. Dövlət başçısı şəxsi "Telegram" kanalında maraqlı videoçarx paylaşıb.
Demokrat.az xəbər verir ki, kadrlarda Baş nazirin arxa fonda ürək təsvirləri olan monitorun qarşısında oturduğu görünür. Paşinyan fonda səslənən Alla Puqaçovanın "Milyon qızılgül" mahnısının ritmləri altında başı ilə müşayiət edir və sonda əlləri ilə ürək forması düzəldir.
Paylaşdığı videoya erməni dilində qısa bir şərh də əlavə edib. Baş nazir bütün qadınları, anaları, bacıları və qızları təbrik edərək onlara olan sevgisini, qürurunu və hörmətini ifadə edib.
Bu addım sosial şəbəkə istifadəçiləri arasında diqqət çəkib. Paşinyanın məhz bu mahnını seçimi və nümayiş etdirdiyi jestlər izləyicilərin müzakirə obyektinə çevrilib.
İsmayıl Demokrat.az


