Azərbaycan mətbəxinin incilərindən sayılan "3 bacı dolması" bu dəfə xarici qonağın dilindən qiymətləndirilib. Çinli vətəndaşın ənənəvi yeməyimizi dadarkən verdiyi səmimi reaksiyalar sosial şəbəkələrdə geniş müzakirələrə və minlərlə izləyici rəğbətinə səbəb olub.
Demokrat.az milli.az-a istinadla bildirir ki, paylaşılan kadrlarda badımcan, pomidor və bibərdən hazırlanan milli təamın təqdim olunduğu anlar əks olunur. İlk dəfə bu yeməklə tanış olan qonağın dadına baxarkən keçirdiyi təəccüb və bəyəni hissi izləyicilərin diqqətindən qaçmayıb. O, yeməyin ləzzətini həm sözlərlə, həm də jestləri ilə ifadə edərək Azərbaycan mətbəxinə olan heyranlığını gizlədə bilməyib.
İzləyicilər şərhlərdə milli mətbəximizin zənginliyindən qürur duyduqlarını qeyd ediblər. Bir çoxları Çinli qonağın bu səmimi görüntülərini Azərbaycan yeməkləri üçün "ən uğurlu reklam" adlandırıblar.
Qısa müddətdə minlərlə baxış toplayan video qastronomiya sahəsində mədəniyyətlərarası körpü rolunu oynamağa davam edir.
Demokrat.az


