Rusiyanın tanınmış teatr və kino aktrisası Yekaterina Vedunova və 15 yaşlı qızı ağır yol-nəqliyyat hadisəsi nəticəsində ölüblər. Hadisə martın 4-nə keçən gecə Mordoviyanın Zubovo-Polyanski rayonu ərazisində baş verib.
Demokrat.az-ın məlumatına görə, aktrisa və qızı sürücü ilə birlikdə Moskva istiqamətində hərəkətdə olublar. İdarəetmənin itirilməsi səbəbindən nəqliyyat vasitəsi qarşıdan gələn yük maşını ilə toqquşub. 45 yaşlı Yekaterina Vedunova hadisə yerində həyatını itirib. Ağır xəsarət alan qızı isə çatdırıldığı xəstəxanada dünyasını dəyişib.
Aktrisanın ölümü ilə bağlı xəbəri ailə dostu Marianna Poryadko təsdiqləyib.
Qeyd edək ki,1980-ci il təvəllüdlü YekaterinaVedunova 2004-cü ildə Saratov Dövlət Konservatoriyasının teatr fakültəsini bitirmişdi. O, “Sklifosovski”, “SaşaTanya” və “Möhtəşəm beşlik” kimi məşhur layihələrdəki rolları ilə tamaşaçıların yaddaşında qalmışdı.
İsmayıl Demokrat.az


