İranın Ankaradakı səfiri Mohammad Hassan Habibollahzadeh Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Demokrat.az xəbər verir ki, rəsmi Ankara İrandan atılan ballistik raketin Türkiyə hava məkanına yönəlməsi ilə bağlı qarşı tərəfə etiraz və narahatlığını bildirib. Qeyd edək ki, İran tərəfindən buraxılan ballistik raket İraq və Suriya hava məkanını keçdikdən sonra Türkiyə hava məkanına daxil olub.
Raket Şərqi Aralıq dənizindəki NATO hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirilib.
Demokrat.az


