Kriminal

Polis Şəmkirdə əməliyyat keçirdi, qadın tutuldu — Səbəb hər kəsi şoka saldı

Polis Şəmkirdə əməliyyat keçirdi, qadın tutuldu — Səbəb hər kəsi şoka saldı

Şəmkirdə oğurluq olub.

DİN-in mətbuat xidmətinin Gəncə regional qrupundan Demokrat.az-a verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edən Gədəbəy rayon sakini Yaqub Tağıyev naməlum şəxs və ya şəxlərin ona məxsus fermadan ümumi dəyəri 4900 manat olan 5 baş iri buynuzlu mal-qaranı oğurladığını bildirib.

Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri istintaq-əməliyyat tədbirləri nəticəsində müəyən olunub ki, Yaqub Tağıyevə məxsus 5 baş heyvanı onun keçmiş həyat yoldaşı Xəyalə İsmayılova oğurlayıb.

O, şöbəyə dəvət olunaraq proflaktiki söhbət aparılıb və oğurladığı heyvanların yeri müəyən edilərək sahibinə qaytarılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

D
demokrat.az