Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd şəhərində görülmüş işlərlə tanış olublar.
Demokrat.azməlumatına görə, dövlət başçısı, birinci xanım və qızları Xocavənd şəhər və Xocavənd kənd sakinləri ilə görüşüb söhbət etdilər.
Kişi sakin:35 ildir gözləyirdik.
Prezident İlham Əliyev:Harada yaşamısınız işğal dövründə?
Kişi sakin:Şəhər tərəfdə.
Prezident İlham Əliyev:Bakıda?
Kişi sakin:Bakıda. Onun havasından qurtardıq, tıxacdan qurtarmışıq.
Prezident İlham Əliyev:Tıxac, toz-torpaq, külək. Siz harada yaşamısınız işğal dövründə?
Kişi sakin:Ağcabədidə.
Qadın sakin:Ağcabədidə ona görə yaşamışıq ki, Qarabağa yaxındır, 50 kilometr, tez qayıtmaq üçün.
Prezident İlham Əliyev:Hə, buradan çıxanda Ağcabədiyə köçdünüz?
Qadın sakin:Bəli, elə əvvəldən Ağcabədidə olmuşuq.
Prezident İlham Əliyev:Orada şərait necə idi?
Qadın sakin:Yaxşı idi, amma bilirdik ki, nə vaxtsa qayıdacağıq.
Digər qadın sakin:Torpağımızın yerini heç nə vermir.
Prezident İlham Əliyev:Əlbəttə.
Qadın sakin:Dərman atanlar da dərman atmır buraya gələndən.
Prezident İlham Əliyev:Bax, burada hava dərmandır.
Qadın sakin:Həqiqətən elədir. Allah Sizi qorusun, övladlarınızı qorusun!
Prezident İlham Əliyev:Bütün Qarabağ böyük bir kurort zonasıdır.


