İqtisadiyyat

Avro biraz da bahalaşdı — Məzənnə

Avro biraz da bahalaşdı — Məzənnə

Mərkəzi Bank fevralın 20-nə olan rəsmi valyuta kurslarını elan edib.

Demokrat.az xəbər verir ki, ölkənin baş bankının məlumatına görə, ABŞ dollarının qiyməti sabit qalaraq 1,7000 manat səviyyəsində qərarlaşıb. Türkiyə lirəsinin dəyəri isə 0,0388 manat olaraq müəyyən edilib. Digər aparıcı xarici valyutaların məzənnəsində artım müşahidə olunur. Avronun kursu yüksələrək 2,0051 manata çatıb. Rusiya rublu da ötən günlə müqayisədə bahalaşan valyutalar sırasındadır. Şimal qonşumuzun 100 rublu hazırda 2,2274 manat dəyərindədir.

Demokrat.az

NE
Nihadə Eyyubova