İranda helikopter qəzaya uğrayıb.
Demokrat.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, hadisə İsfahanda qeydə alınıb.
Helikopterin meyvə-tərəvəz bazarının yaxınlığında qəzaya düşdüyü bildirilib.
Xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.
Agentliyin məlumatına görə, helikopter İran ordusunun aviasiya bölmələrinə məxsus olub.
Qəza nəticəsində 4 nəfər həlak olub. Onlardan biri pilot, biri pilot köməkçisi, daha 2 nəfər isə bazarda işləyən satıcı olub.




Demokrat.az


