Hadisə

Abşeron Gənclər Şəhərciyində bina yanır — VİDEO

Abşeron Gənclər Şəhərciyində bina yanır — VİDEO

Xırdalan şəhərində yanğın hadisəsi baş verib.

Report-un xəbərinə görə, hadisə şəhərin Abşeron Gənclər Şəhərciyində qeydə alınıb.

Belə ki, Şəhərcikdə olan yaşayış binaların birinin 6-cı mərtəbəsində yanğın başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin üç yanğınsöndürən maşını cəlb edilib. Hazırda yanğınsöndürənlər yanğının söndürülməsinə çalışır.

Demokrat.az

D
demokrat.az