Türkiyədə narkotik maddə istintaqı çərçivəsində ifadə verən tanınmış simaların aylıq qazancları məlum olub. Məhkəmə prosesində iştirak edən sənətçilərin gəlirləri ilə bağlı səsləndirdikləri rəqəmlər sosial şəbəkələrdə maraqla qarşılanıb.
Demokrat.az xəbər verir ki, aktyor İsmail Hacıoğlu aylıq gəlirinin 1 milyon lirə, yəni təxminən 38 700 manat olduğunu açıqlayıb. O ifadəsində marixuananı ilk dəfə xaricdə maraq üçün sınadığını və müəyyən fasilələrlə istifadə etdiyini etiraf edib.
“Duman” qrupunun solisti Kaan Tangöze isə aylıq qazancının 600-800 min lirə arasında olduğunu deyib. Bu rəqəm manatla təxminən 23 000 və 31 000 aralığında dəyişir. Musiqiçi illər əvvəl bu maddəni aldığını, lakin konsertləri zamanı istifadə etmədiyini xüsusi vurğulayıb.
Boksçu Adem Kılıçcı aylıq 300 min lirə (təxminən 11 600 manat) qazandığını bildirib. O, psixoloji gərginlik yaşadığı dövrdə cəmi bir dəfə belə bir yola əl atdığını qeyd edib. Müğənni Murat Dalkılıç isə aylıq 250-300 min lirə (təxminən 9 700 – 11 600 manat) gəliri olduğunu desə də, həyatında heç vaxt narkotik maddədən istifadə etmədiyini bəyan edib.
Açıqlanan rəsmi məlumatlara görə ən yüksək aylıq gəlir İsmail Hacıoğluya məxsusdur. Digər məşhurlar da gəlir səviyyəsinə görə ondan sonrakı pillələrdə qərarlaşıblar. Hazırda istintaqla bağlı araşdırmalar davam edir.
Həmçinin oxu: 'Gecədən səhərə qədər üstümə təcili yardım gəlib' — Kənan MM 'Zülmlə ev almışam, ərimi harada yerləşdirim?' 'Gecə klubunda olanlardan biri mənəm, Xalq artistini görmüşəm'
İsmayıl Demokrat.az


