İranın Mazandaran əyalətində avtobusun aşması nəticəsində 20 nəfər həyatını itirib, 23 nəfər yaralanıb.
Demokrat.azxəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Yaralılar hadisə yerində ilkin müdaxilədən sonra bölgədəki xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, Tehran-Kunbed istiqamətində hərəkət edən sərnişin avtobusu Mazandaranın Duab bölgəsində qəzaya uğrayıb.





