Azərbaycanda qəbir daşının üzərinə həkk edilən cümləyə görə dayı bacısı uşağının valideynini məhkəməyə verib. Hadisə Rusiyada vəfat edən İdil Fərzəliyevin məzarı ilə bağlı yaşanıb. Mərhumun dayısı xüsusi ittiham qaydasında şikayət edərək bacısının oğlunun məzar daşında onun nüfuzunu aşağılayan və ağır cinayətdə ittiham edən ifadələrin yer aldığını bildirib.
Demokrat.az xəbər verir ki, mərhumun valideyni 2024-cü ilin oktyabrında qəbir daşının üzərinə "Dayıları tərəfindən işgəncələrə məruz qalıb xüsusi amansızlıqla öldürülən oğlum" sözlərini yazdırıb. Şikayətçi isə bu iddianın tamamilə yalan və böhtan olduğunu iddia edib. O, Rusiyada baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanlarının apardığı araşdırmanı əsas gətirərək ölüm faktının rəsmi olaraq "intihar" kimi qeydə alındığını vurğulayıb. Rəsmi sənədlərə görə, gəncin zorakılıqla öldürülməsi faktı təsdiqini tapmayıb.
Məzar daşındakı yazını ağır böhtan kimi qiymətləndirən dayı sonradan iddiasından imtina edib. Bu səbəbdən Ağcabədi Rayon Məhkəməsində hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən iclasda şikayətin icraata qəbul olunmasından imtina edilib. Beləliklə, tərəflər arasındakı hüquqi mübahisə məhkəmə qərarı ilə yekunlaşıb.(Teleqraf)
Həmçinin oxu: Vaxtsız ölümlərin səbəbi COVİD peyvəndləri imiş — Alimlər təsdiqlədi Səhvən 20 külçə qızılı zibilliyə atdı 'Əgər evli olmasaydım, yumurtalıqlarımı dondurardım' — FOTOLAR
Demokrat.az


