Şou-biznes Özəl

Boşanan kimi gənc sevgilisi ilə tətilə yollandı — FOTOLAR

Boşanan kimi gənc sevgilisi ilə tətilə yollandı — FOTOLAR

Hollivud ulduzu Cessika Alba prodüser keçmiş əri Kaş Uorren ilə boşanma prosesini rəsmən tamamladıqdan dərhal sonra yeni sevgilisi, aktyor Danni Ramirez ilə tətilə yollanıb.

Demokrat.az xəbər verir ki, cütlük Mayamidə istirahət edərək münasibətlərini açıq şəkildə nümayiş etdirib.

Alba və Uorren 17 illik birlikdən sonra ayrılıb, boşanma razılaşmasına əsasən aktrisa keçmiş həyat yoldaşına 3 milyon dollar təzminat ödəyib. Onlar iki azyaşlı övladlarının qəyyumluğunu paylaşmağa davam edəcəklər.

Qeyd olunur ki, Alba həm biznes fəaliyyətini, o cümlədən qurduğu "The Honest Company" brendini, həm də kino layihələrini aktiv şəkildə davam etdirir.

Onu da buildirək ki, Cessika Albanın 44, yeni sevgilisi Danni Ramirezin 33 yaşı var.

Jalə Demokrat.az

Boşanan kimi gənc sevgilisi ilə tətilə yollandı — FOTOLAR
Boşanan kimi gənc sevgilisi ilə tətilə yollandı — FOTOLAR
Boşanan kimi gənc sevgilisi ilə tətilə yollandı — FOTOLAR
Boşanan kimi gənc sevgilisi ilə tətilə yollandı — FOTOLAR

NE
Nihadə Eyyubova