İstanbulda "OnlyFans" platformasında qeyri-etik videolar paylaşan şəxslərə qarşı genişmiqyaslı əməliyyat keçirilib. Aralarında tanınmış simaların da olduğu 16 nəfər saxlanılaraq ədliyyəyə göndərilib.
Demokrat.az xəbər verir ki, İstanbul Respublika Baş Prokurorluğunun göstərişi ilə hərəkətə keçən Kiber Cinayətlərlə Mübarizə İdarəsi həm əxlaqdan kənar məzmunlar, həm də çirkli pulların yuyulması maddələri üzrə araşdırmalara başlayıb. Məlum olub ki, 2023-cü ildə ölkə ərazisində girişi qadağan edilən platformaya İP ünvanlarını dəyişərək daxil olan şəxslər burada ödənişli xidmətlər təklif edib. Onlar izləyiciləri digər sosial şəbəkələrdən bu platformaya yönləndirərək xüsusi videolar və fotolar paylaşıblar.
Polisin keçirdiyi əməliyyat nəticəsində təkcə insanlar saxlanılmayıb, həm də böyük həcmdə var-dövlətə həbs qoyulub. Şübhəlilərə məxsus 2 şirkət, 10 daşınmaz əmlak və 14 lüks avtomobil müsadirə edilib. Saxlanılanlar arasında Azranur Ay Vandan, Meltem Bakır və Gizem Avcı kimi sosial media istifadəçiləri var. Digər tərəfdən bəzi şübhəlilərin artıq həbsdə olduğu, Merve Taşkın və Zeynep Alkan kimi şəxslərin isə xaricdə yaşadığı müəyyən edilib. Hazırda saxlanılan şəxslərin məhkəmə qarşısına çıxarılması prosesi davam edir.
İsmayıl Demokrat.az


