Dünya

"Süleymani Qarabağ münaqişəsində Ermənistana tərəf idi" — Erməni alim

Süleymani Qarabağ münaqişəsində Ermənistana tərəf idi — Erməni alim

İranşünas erməni alimi Vardan Voskanyan İranın “Shabake Khabar” (Xəbər şəbəkəsi) telekanalının qonağı olub.

Demokrat.az-ın xəbərinə görə, Eurasia Diary Ermənistan KİV-nə istinadən xəbər verir ki, efirdə general Qasım Süleymaninin ölümünü dəyərləndirən ekspert Qarabağ münaqişəsində generalın ermənipərəst olduğunu deyib.

“General Süleymani İranın dövlət maraqlarından çıxış edərək Ermənistana tərəf idi. O anlayırdı ki, Azərbaycan qurudan Naxçıvanla birləşərək uzun pantürk qurşağı yarada bilərdi”.

Vardan Voskanyan Süleymaninin ölümü ilə bağlı İran xalqına başsağlığı da verib. (Modern.az)

Demokrat.az

D
demokrat.az