Azərbaycan Dəmir Yolları (ADY) və Parlaq İmzalar Nəşriyyatının birgə təşəbbüsü ilə oxu mədəniyyətinin təşviqinə yönəlmiş yeni layihəyə start verilib.
Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə ADY-yə məxsus qatarlarda səfər edən sərnişinlərə kitablar hədiyyə olunub. Layihənin məqsədi səyahəti daha mənalı və yaddaqalan etmək, eyni zamanda cəmiyyətdə mütaliə vərdişlərini təşviq etməkdir.
Təşkilatçılar bildiriblər ki, kitab bağışlamaq inkişafı və gələcəyi hədiyyə etmək deməkdir. ADY bu təşəbbüsü hər il daha geniş miqyasda davam etdirməyi planlaşdırır.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif janrlarda kitablar sərnişinlərə təqdim olunub və təşəbbüs iştirakçılar tərəfindən maraqla qarşılanıb.








