Cəmiyyət

Şüşəsinin rəngindən saxtalığı bilinir — Ən keyfiyyətlisini belə seçin

Şüşəsinin rəngindən saxtalığı bilinir — Ən keyfiyyətlisini belə seçin

Mətbəxin əvəzolunmazı sayılan zeytun yağını seçərkən bir çoxumuz rənginə və ya dadına güvənsək də, mütəxəssislər əsl sirrin qablaşdırmada gizləndiyini bildirirlər. Son dövrlərdə aparılan təhlillər göstərir ki, işıq, hava və istiliklə təmas yağın qida dəyərini sürətlə aşağı salır. Xüsusilə şəffaf şüşələrdə satılan yağlar estetik görünsə də, işığa məruz qaldığı üçün oksidləşmə prosesi sürətlənir və məhsul öz ətrini itirir. Bu səbəbdən tünd rəngli şüşələrə üstünlük vermək keyfiyyəti qorumağın ilk şərtidir.

Demokrat.az xəbər verir ki, qablaşdırmanın ölçüsü də ən az tərkibi qədər əhəmiyyətli hesab olunur. Böyük həcmli qablar iqtisadi baxımdan sərfəli görünsə də, qapaq açıldıqdan sonra yağın hava ilə mütəmadi təması onun ömrünü qısaldır. Mətbəxdə daha təzə məhsul istifadə etmək üçün yarım litrlik şüşələrə müraciət etmək məsləhət görülür, çünki kiçik həcmli yağlar xarab olmağa vaxt tapmadan tükənir.

Keyfiyyətli zeytun yağının daha bir göstəricisi onun məhsul yığımı vaxtı və bölgəsidir. Erkən məhsul adlandırılan və eyni ərazidəntoplanan zeytunlardan sıxılan yağlar, tərkibindəki yüksək polifenol sayəsində daha kəskin və acımtıl dada malik olur ki, bu da məhz sağlamlıq üçün faydalı komponentlərin göstəricisidir. Etiketdə istehsal tarixi və yığım ilinin aydın yazılması alıcı üçün əsas bələdçi rolunu oynamalıdır. Qiymət məsələsində isə həddindən artıq ucuz məhsullara şübhə ilə yanaşmaq lazımdır, çünki emal və qablaşdırma xərcləri nəzərə alındıqda real keyfiyyətin müəyyən bir minimum qiymət həddi var.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova