Gündəm

Qubada qidadan zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlandı

Qubada qidadan zəhərlənən ailə üzvlərinin vəziyyəti açıqlandı

Quba rayonunda qidadanzəhərlənənsəkkiz nəfərin vəziyyəti məlum olub.

Bu barədə Demokrat.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

"Fevralın 8-də saat 14-də zəhərlənmə şübhəsi ilə səkkiz nəfər (iki kişi, altı qadın) Qusar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Onlara qida toksikoinfeksiya diaqnozu təyin olunub və zəruri tibbi yardım göstərilib. Müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilən şəxslərin vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə məlumatda bildirilir.

Demokrat.az

NE
Nihadə Eyyubova