Sosial

Bakı-Sumqayıt yolundakı təmir işlərinə görə sıxlıq yaranan küçələr AÇIQLANDI

Bakı-Sumqayıt yolundakı təmir işlərinə görə sıxlıq yaranan küçələr AÇIQLANDI

Binəqədi rayonu, Bakı-Sumqayıt şosesi, "Sulutəpə" dairəsi istiqamətində təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə qoyulan məhdudiyyət səbəbindən bəzi yollarda sıxlıq müşahidə olunur.

Bu barədə Demokrat.az-a Daxili İşlər Nazirliyi (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat verilib.

Hazırda:

1. Bakı-Sumqayıt şosesi Sumqayıt;

2. Tbilisi prospekti, Sumqayıt;

3. Ziya Bünyadov prospekti, Alı Mustafayev, Sumqayıt;

4. Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, Beynəlxalq Avtovağzal;

5. Binəqədi rayonu, Mir Cəlal ilə Asif Məhərrəmov küçələrinin kəsişməsi, Beynəlxalq Avtovağzal istiqamətlərində nəqliyyat sıxlığı müşahidə olunur.

Qeyd edilən istiqamətlərdə nəqliyyat intensivliyini artırmaq məqsədilə yol polisi əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

D
demokrat.az