Şou-biznes Özəl

"Survivor"un iştirakçısı əməliyyatla üzünü dəyişdirdi — FOTO

Survivorun iştirakçısı əməliyyatla üzünü dəyişdirdi — FOTO

Bir vaxtlar "Survivor" yarışması ilə tanınan Didem Ceran Cənubi Koreyada keçirdiyi ağır plastik əməliyyatlarla gündəmə gəlib. Sosial şəbəkə hesabında keçirdiyi dəyişimi addım-addım paylaşan Didem 15 saat əməliyyat masasında olduğunu açıqlayıb.

Demokrat.az xəbər verir ki, iki mərhələdən ibarət olan əməliyyatda məşhur iştirakçının demək olar ki, üz quruluşu tamamilə yenilənib. Ceran bildiri ki, bu sadəcə kosmetik müdaxilə deyil, həm də sümük quruluşuna ciddi toxunuşdur. Onun sözlərinə görə, əməliyyat zamanı çənə sümükləri kəsilib, geriyə çəkilib və hətta kəsilən sümüklərin tozundan dolgu kimi istifadə edilib.

Bundan başqa, üzgərmə, gözlərin böyüdülməsi və dodaq şəkilləndirmə kimi bir neçə ağır proseduru eyni vaxtda reallaşdıran Didem Ceran Türkiyədə keçirdiyi daha yüngül əməliyyatlarla müqayisədə Koreyadakı bu ağır prosesdə heç bir ağrı hiss etmədiyini qeyd edib. Paylaşımlarında illər əvvəl partlamış sinə silikonlarının da təmizləndiyini vurğulayan keçmiş iştirakçı yeni halı ilə sanki tamamilə başqa birinə çevrilib.

Qeyd edək ki, Didemin vəziyyəti hazırda yaxşıdır.

İsmayıl Demokrat.az

Survivorun iştirakçısı əməliyyatla üzünü dəyişdirdi — FOTO
Survivorun iştirakçısı əməliyyatla üzünü dəyişdirdi — FOTO
Survivorun iştirakçısı əməliyyatla üzünü dəyişdirdi — FOTO
Survivorun iştirakçısı əməliyyatla üzünü dəyişdirdi — FOTO
Survivorun iştirakçısı əməliyyatla üzünü dəyişdirdi — FOTO
Survivorun iştirakçısı əməliyyatla üzünü dəyişdirdi — FOTO
Survivorun iştirakçısı əməliyyatla üzünü dəyişdirdi — FOTO

NE
Nihadə Eyyubova