Azərbaycanlı professor vəfat edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə Riyazi analiz kafedrasının müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Orucəli Rzayev vəfat edib.
Rzayev Orucəli Hüseynqulu oğlu 1956-cı ildə anadan olub. 1963- 1973-cü illərdə Bakı şəhəri 173 N-li orta məktəbdə oxuyub. 1973 – 1977 – ci illərdə Gəncə Dövlət Universitetinin Riyaziyyat ixtisasına qəbul olub. 1977-ci ildə həmin həmin universitetin Riyazi analiz kafedrasında riyaziyyatçı-proqramçı vəzifəsinə təyin ediib. 1981-1984-cü illərdə Gəncə Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsini icra edib. 1984-cü ildə baş laborant, 1988-ci ildə Ümumi texniki fənlər kafedrasının müəllimi, sonra kafedranın baş müəllimi, dosent və professor vəzifələrində işləyib. 1987-ci ildə namizədlik, 2004-cü ildə isə doktorluq dissertasiya işini müdafiə edərək fizika-riyaziyyat elmləri doktoru alimlik dərəcəsi alıb.
1997-2006-cı illərdə Gəncə Dövlət Universitetinin Tədris işləri üzrə prorektoru vəzifəsində çalışıb. 2008-2012-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının, 2012-2016-cı illərdə Azərbaycan Müəllimlər İnstitutunun Zaqatala filialının, 2016-cı ildə isə Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialının direktoru vəzifəsində işləmişdir. 2023-cü ildən Gəncə Dövlət Universitetində Riyazi analiz kafedrasının müdiri vəzifəsində işləyib.
2011-ci ildə Azərbaycan Respublikası Przidentinin sərəncamı ilə “Tərəqqi” medalı, 2016-cı ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
Professor Orucəli Rzayev 100-dən artıq elmi-metodiki kitabın və elmi məqalənin müəllifi olub.
İslam Demokrat.az


