Daha bir rayonun icra hakimiyyətində kadr islahatları aparılıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Binəqədi Rayon İcra Hakimiyyətində struktur dəyişikliyi ilə əlaqədar olaraq 3 nəfər vəzifəsindən azad edilib. Bununla bağlı icra başçısı Elxan Allahverdiyev müvafiq əmrlər imzalayıb.
Belə ki, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Tural Həsənov işdən çıxarılıb.
Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu vəzifəsinə İlqar Pənahov təyin olunub. O, bundan əvvəl ləğv edilmiş İctimai-siyasi və humanitar məsələlər şöbəsində baş məsləhətçi işləyib.
Eyni zamanda, ləğv edilmiş Rayon təsərrüfatı şöbəsinin böyük məsləhətçisi (memar) Şahin Musayev da işdən çıxarılıb.
Bununla yanaşı ləğv edilmiş Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Naibə İbrahimova da işini itirib.
Həmçinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektoruna çevrilib və sektor üzrə işçilərin sayı artırılıb. İcra başçısının əmri ilə Rəhman Qəhrəmanov sektora məsləhətçi təyin edilib.
İcra hakimiyyətində yeni yaradılan Memarlıq-tikinti məsələləri və rayon təsərrüfatı sektoruna isə Səlcuq Müzəffərli böyük məsləhətçi təyin edilib.
İslam Demokrat.az


