Şou-biznes

Bir zamanların tanınmış aktrisası idi, indi borc içində "üzür" — FOTOLAR

Bir zamanların tanınmış aktrisası idi, indi borc içində üzür — FOTOLAR

Yeşilçam kinosunun tanınmış simalarından aktrisa Səadət Gürses sosial şəbəkələrdə yayımladığı video ilə gündəmə gəlib. Uzun illər kino sahəsində fəaliyyət göstərən sənətçi, qarşılaşdığı ağır maddi problemlər səbəbilə izləyicilərindən dəstək istəyib.

Demokrat.az xəbər verir ki, xərçəng xəstəliyini dəf edən aktrisa hazırda borcları üzündən gündəlik dolanışığını təmin etməkdə çətinlik çəkdiyini bildirib.

Sosial mediada paylaşdığı videoda Səadət Gürses bildirib ki, borc yükündən xilas olmaq üçün çox çalışıb, lakin nəticə əldə edə bilməyib. O, son çarə olaraq bu müraciəti etdiyini və izləyicilərindən mənəvi dəstək istədiyini söyləyib.

Qeyd edək ki, Səadət Gürses təxminən 35 illik sənət karyerası ərzində “İnek Şaban”, “İyi Aile Çocuğu”, “Dokunmayın Şabanıma” və digər 300-ə yaxın film layihəsində rol alıb.

Bir zamanların tanınmış aktrisası idi, indi borc içində üzür — FOTOLAR
Bir zamanların tanınmış aktrisası idi, indi borc içində üzür — FOTOLAR
Bir zamanların tanınmış aktrisası idi, indi borc içində üzür — FOTOLAR

NE
Nihadə Eyyubova