Gündəm

Şəmşad Ağa anasının dəfninə buraxılacaq: məhkəmə qərar verdi — FOTO

Şəmşad Ağa anasının dəfninə buraxılacaq: məhkəmə qərar verdi — FOTO

“Meydan TV”işi üzrə həbsdə olan “Arqument.az” saytının baş redaktoru Şəmşad Ağaya ağır itki üz verib.

Jurnalistin parkinson xəstəliyindən əziyyət çəkən anası dünən vəfat edib.

Onun vəkili Fəxrəddin Mehdiyev jurnalistin dəfn və yas mərasimində iştirak etmək üçün Penitensiar Xidmətə, Bakı Ağır Cinayətlər Məhkəməsinə, həmçinin Ombudsmana müraciət edib.

Demokrat.az xəbər verir ki, məhkəmə Şəmşad Ağaya anasının dəfninə getməyə icazə verib.

Xatırladaq ki, ötən il oktyabrın 12-dəŞəmşad Ağanın18 yaşlıqardaşı qızıSəma Ağayeva da xərçəng xəstəliyindən vəfat etmişdi.

Qeyd edək ki, Şəmşad Ağanın işi hazırda məhkəmə istintaqı mərhələsindədir. O, bir qrup şəxs halında qaçaqmalçılıq və başqa ağır cinayətlərdə ittiham olunur.

Şəmşad Ağa anasının dəfninə buraxılacaq: məhkəmə qərar verdi — FOTO

NE
Nihadə Eyyubova