Sabiq icra başçısının qardaşı oğluna qarşı 965 min dollarlıq dələduzluq — MƏHKƏMƏ İŞİ

KRİMİNAL 04 yan 2020, 22:21

Sabiq icra başçısının qardaşı oğluna qarşı 965 min dollarlıq dələduzluq edilib.

 

Demokrat.az xəbər verir ki, Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən Xəyyam Balayevin barəsində olan hökmdən apellyasiya şikayəti verib.

 

Bakı Apellyasiya Məhkəməsinin hakimi Əflatun Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

 

Məhkəmənin növbəti iclası yanvarın 17-nə təyin edilib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xəyyam Balayev səkkiz il müddətinə azadlıqdan məhrum olunub. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) maddəsi ilə ittiham edilir.

 

Qazax rayon sakini, 1986-cı il təvəllüdlü Xəyyam Nazim oğlu Balayev Y.Abdullayevin etibarından sui-istifadə edərək, ondan 965 min dolları alaraq geri qaytarmamaqda günahlandırılır. O, Y.Abdullayevdən pul aldığını təsdiqləyib. Amma biznes məqsədilə aldığı məbləği qazancı ilə birlikdə geri qaytardığını bildirib.

 

Xatırladaq ki, Y.Abdullayev Beyləqan Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Vaqif Abdullayevin qardaşı oğludur.

 

Qeyd edək ki, məhkəmə prosesi başlayan zaman Xəyyam Balayev ev dustaqlığında olub. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxs barəsində seçilən polis nəzarətinə verilmə qətimkan tədbiri ləğv edilərək, həbs-qətimkan tədbiri ilə əvəzlənib. (oxu.az)

 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top